
Ethereum-a xoş gəldiniz
Yenilikçi tətbiqlər və blokçeyn şəbəkələri üçün qabaqcıl platforma
Pul kisəsi seç
Hesablar yaradın və aktivləri idarə edin
ETH al
Ethereum-un valyutası
Tətbiqləri sınayın
Maliyyə, oyunlar, tədbirlər
Quraşdır
İlk tətbiqinizi yaradın

Ethereum nədir?
Ethereum, ether (ETH) kriptovalyutası ilə dəstəklənən mərkəzləşdirilməmiş, açıq mənbəli blokçeyn şəbəkəsi və proqram təminatı inkişaf platformasıdır. Ethereum dayandırıla bilməyən yeni nəsil tətbiqlər üçün təhlükəsiz, qlobal təməldir.
Ethereum şəbəkəsi hər kəs üçün açıqdır: heç bir icazə tələb olunmur. Onun sahibi yoxdur və bütün dünyada minlərlə insan, təşkilat və istifadəçi tərəfindən qurulur və dəstəklənir.
İnternetdən istifadə edilməsinin yeni yolu

Gündəlik istifadə üçün rəqəmsal nağd pul
Stabilkoinlər, ABŞ dolları kimi sabit aktivlərə uyğunlaşdırılmış sabit qiyməti saxlayan valyutalardır. Ethereum-da qlobal ödənişlərə dərhal daxil olun və ya dəyəri rəqəmsal dollarlarda saxlayın.
Stabilkoinləri kəşf edin
Hər kəs üçün açıq olan maliyyə sistemi
Bank hesabı olmadan borc alın, borc verin, faiz qazanın və s. Ethereum-un mərkəzləşdirilməmiş maliyyə sistemi internet bağlantısı olan hər kəs üçün 24/7 açıqdır.
DeFi-ı kəşf edin
Şəbəkələrin şəbəkəsi
Yüzlərlə Layer 2 şəbəkəsi Ethereum üzərində qurulub. Ethereum-un sübut edilmiş təhlükəsizliyindən faydalanarkən aşağı rüsumlardan və demək olar ki, ani əməliyyatlardan həzz alın.
Layer 2-ləri kəşf edin
Məxfiliyinizə hörmət edən tətbiqlər
Ethereum üzərində qurulmuş tətbiqlər məlumatlarınızı satmadan işləyir. Sosial mediadan tutmuş oyunlara və işə qədər, məxfiliyi və girişi qoruyarkən hər yenilikçi tətbiq üçün eyni hesabdan istifadə edin.
Tətbiqləri nəzərdən keçirin
İnternet aktivləri
İncəsənətdən daşınmaz əmlaka və səhmlərə qədər istənilən aktiv rəqəmsal mülkiyyəti sübut etmək və yoxlamaq üçün Ethereum-da tokenləşdirilə bilər. İstənilən vaxt, istənilən yerdə aktivlər və kolleksiya əşyaları alın, satın, ticarət edin və yaradın.
NFT-lər haqqında daha ətraflı
ETH nədir?
Ether (ETH), Ethereum şəbəkəsini gücləndirən, əməliyyat haqlarını ödəmək və steykinq vasitəsilə blokçeyni təmin etmək üçün istifadə olunan yerli kriptovalyutadır.
Texniki rolundan əlavə, ETH açıq, proqramlaşdırıla bilən rəqəmsal puldur. O, qlobal ödənişlər üçün, kreditlər üçün girov kimi və heç bir mərkəzi quruma əsaslanmayan dəyər anbarı kimi istifadə olunur.

Ən güclü ekosistem
Ethereum rəqəmsal aktivlərin buraxılması, idarə edilməsi və hesablaşması üçün aparıcı platformadır. Tokenləşdirilmiş pul və maliyyə alətlərindən tutmuş real dünya aktivlərinə və inkişaf etməkdə olan bazarlara qədər, Ethereum rəqəmsal iqtisadiyyat üçün təhlükəsiz, neytral təməl təmin edir.
Ethereum Əsas Şəbəkəsində və Layer 2 şəbəkələrindəki fəaliyyət
İnternet dəyişir
Rəqəmsal inqilabın iştirakçısı olun

Blokçeyn-in ən böyük qurucu icması
Ethereum Web3-ün ən böyük və ən hərəkətli tərtibatçı ekosistemi üçün mərkəzdir. Öz tətbiqinizi yazmaq üçün JavaScript və Python-dan istifadə edin, yaxud Solidity və ya Vyper kimi ağıllı müqavilə dili öyrənin.
Kod nümunələri
Ethereum xəbərləri
Ən son bloq yazıları və icma ilə bağlı yeniləmələr
Ethereum tədbirləri
Ethereum icmaları bütün il boyu dünyanın hər yerində tədbirlərə ev sahibliyi edirlər
Ethereum.org-a qoşulun
ethereum.org veb-saytı minlərlə tərcüməçi, kodçu, dizayner, mətn yazarı və icma üzvü tərəfindən qurulur və dəstəklənir. Bu açıq mənbəli saytdakı istənilən məzmuna düzəlişlər təklif edə bilərsiniz.
Necə töhfə vermək olar
Ethereum.org-un böyüməsinə və daha yaxşı olmasına kömək edə biləcəyiniz müxtəlif yolları aşkar edin.
GitHub
Qaydalara, dizayna, məqalələrə və s. töhfənizi verin.
Discord
Suallar vermək, töhfəni koordinasiyalı şəkildə vermək və icmanın toplantılarına qoşulmaq üçün.
X
Yeniləmələrimizdən və vacib xəbərlərimizdən xəbərdar olmaq üçün.



