Əsas məzmuna keç

Ethereum pulqabısı

Rəqəmsal gələcəyinizin açarlarını saxlamaq

Pulqabılar rəqəmsal aktivlərinizə daxil olmağa və tətbiqlərə daxil olmağa kömək edir.

  • Pulqabı tapın
Ethereum pulqabısını təmsil edən, bədəninin yerinə seyf daşıyan bir robot illustrasiyası

Ethereum pulqabı nədir?

Ethereum pulqabıları sizə hesabınıza nəzarət imkanı verən proqramlardır. Fiziki pulqabıları kimi, şəxsiyyətinizi sübut etmək və aktivlərinizi idarə etmək üçün lazım olan hər şeyi ehtiva edir. Pul pulqabı sizə proqramlara daxil olmağa, balansınızı oxumağa, əməliyyatlar göndərməyə və şəxsiyyətinizi təsdiq etməyə imkan verir.

Pulqabılar insanların çoxunun rəqəmsal aktivlərini və şəxsiyyətlərini təsdiq etmək üçün istifadə etdiyi şeydir.

Pulqabı Ethereum hesabınızı idarə etmək üçün bir vasitədir. Bu o deməkdir ki, istənilən vaxt pulqabı provayderlərini dəyişdirə bilərsiniz. Bir çox pulqabı da, bir tətbiqdən bir neçə Ethereum hesabını idarə etməyə imkan verir.

Pulqabı provayderləri sizin vəsaitlərinizə nəzarət etmir. Onlar, Ethereum-dakı aktivlərinizi görmək üçün bir pəncərə və onları asanlıqla idarə etmək üçün alətlər təqdim edirlər.

Vəsaitlərinizi idarə etmək üçün tətbiq

Pulqabı balanslarınızı, əməliyyat tarixçənizi göstərir və sizə pul göndərmək/qəbul etmək üçün bir yol təqdim edir. Bəzi pulqabılar daha çox təklif edə bilər.

Ethereum hesabınız

Pulqabı Ethereum hesabınıza açılan pəncərənizdir – balansınız, əməliyyat tarixçəniz və s. Ancaq istədiyiniz zaman pulqabının provayderlərini dəyişə bilərsiniz.

Ethereum tətbiqlərinə girişiniz

Pulqabınız, Ethereum hesabınızdan istifadə edərək tətbiqlərə qoşulmağa imkan verir. Bu, bir çox tətbiqdə istifadə edə biləcəyiniz giriş kimidir.

Pulqabılar, hesablar, açarlar və ünvanlar

Bəzi əsas terminlər arasındakı fərqləri başa düşməyə dəyər.

  • Ethereum hesabı bir cüt açardır. Bir açar sərbəst paylaşa biləcəyiniz ünvanı yaratmaq üçün istifadə olunur, digər açar isə gizli saxlamağınız lazımdır, çünki o, hər şeyi imzalamaq üçün istifadə olunur. Bu açarlar birlikdə aktivləri saxlamağa və əməliyyatlar aparmağa imkan verir.

  • Ethereum hesabının bir ünvanı var, gələnlər qutusunun e-poçt ünvanı kimi. Bu rəqəmsal aktivlərinizi müəyyən etmək üçün istifadə olunur.

  • Pulqabı Ethereum hesabınızı idarə etməyə imkan verən bir alətdir. Bu alət, hesabınızın balansına baxmaq, əməliyyatlar göndərmək və s. üçün imkan yaradır.

Çox pulqabları məhsulları sizə Ethereum hesabı yaratmağa imkan verəcək. Beləliklə, pulqabını yükləməzdən əvvəl hesaba ehtiyacınız yoxdur.

Pulqabıların növləri

Hesabınızla interfeys və əlaqə qurmağın bir neçə yolu var:

Fiziki aparat pulqabılar kriptovalyutanızı oflayn saxlamağa imkan verən cihazlardır – çox təhlükəsiz

Vəsaitlərinizi hər yerdən əlçatan edən mobil tətbiqlər

Brauzer pulqabılar hesabınızla birbaşa brauzerdə əlaqə saxlamağa imkan verən veb-tətbiqlərdir

Brauzer genişləndirmə Pulqabıları endirdiyiniz uzantılardır və brauzer vasitəsilə hesabınız və tətbiqlərinizlə əlaqə saxlamağa imkan verir

Masaüstü tətbiqlər, əgər vəsaitlərinizi macOS, Windows və ya Linux vasitəsilə idarə etməyi üstün tutursunuzsa

Xüsusiyyətlərə əsasən pulqabıları müqayisə edin

Diqqət etdiyiniz xüsusiyyətlərə əsasən pulqabı seçməyinizə kömək edə bilərik.
Pulqabı tap

Necə təhlükəsiz qalmaq

Maliyyə azadlığı və istənilən yerdə vəsait əldə etmək və istifadə etmək imkanı məsuliyyət daşıyır – kriptovalyutada müştəri dəstəyi yoxdur. Açarlarınızı təhlükəsiz və etibarlı saxlamağa cavabdehsiniz.

Öz vəsaitləriniz üçün məsuliyyət daşıyın

Mərkəzləşdirilmiş mübadilələr pulqabılarınızı ənənəvi şəkildə yenidən eldə edə biləcəyiniz istifadəçi adı və şifrə ilə əlaqələndirəcək. Yalnız yadda saxlayın ki, siz bu mübadiləyə pulunuz üzərində nəzarətlə etibar edirsiniz. Əgər həmin şirkətin maliyyə problemləri olursa, vəsaitləriniz risk altında olacaq.

Seed ifadənizi yazın

Pulqabılar tez-tez sizə yazmağınız lazım olan etibarlı ifadə verəcəkdir. Bu, pulqabılarınızı bərpa edə biləcəyiniz yeganə yoldur.

Nümunə:

there aeroplane curve vent formation doge possible product distinct under spirit lamp

Onu kompüterdə saxlamayın. Bunu yazın və qoruyun.

Pulqabını işarələyin

Veb Pulqabıdan istifadə edirsinizsə, özünüzü fişinq fırıldaqlarından qorumaq üçün saytı işarələyin.

Hər şeyi üç dəfə yoxlayın

Unutmayın ki, əməliyyatlar geri qaytarıla bilməz və pulqabırı asanlıqla bərpa edilə bilməz, buna görə də ehtiyat tədbirləri görün və həmişə diqqətli olun.

Təhlükəsiz qalmaq üçün daha çox məsləhətlər

İcmadan

Ethereum-u kəşf edin

Test your Ethereum knowledge

Loading...

Bu səhifə faydalı oldu?