Əsas məzmuna keç

Dəyişilə bilməyən tokenlər (NFT)

  • Ethereum əsaslı aktiv kimi bənzərsiz hər şeyi təsvir etmək üçün bir yol.
  • NFT-lər məzmun yaradıcılarına əvvəlkindən daha çox güc verir.
  • Ethereum blokçeynində ağıllı müqavilələr ilə dəstəklənmişdir.

What are NFTs?

NFT-lər individual olaraq unikal olan tokenlərdir. Hər bir NFT fərqli xüsusiyyətlərə malikdir (dəyişilə bilməyən) və sübut edilə bilən səviyyədə, azdır. Bu, ETH və ya USDC kimi digər Ethereum əsaslı tokenlərdən fərqlidir ki onlarda hər bir token eynidir və eyni xüsusiyyətlərə malikdir ("işlənə bilən"). Cüzdanınızda hansı xüsusi dollar əskinasının (və ya ETH) olması sizə əhəmiyyət vermir, çünki onların hamısı eynidir və eyni dəyərdədir. Bununla belə, siz hansı NFT-yə sahib olduğunuza əhəmiyyət verirsiniz, çünki onların hamısı onları digərlərindən fərqləndirən fərdi xüsusiyyətlərə malikdir (“dəyişilə bilməyən”).

Hər bir NFT-nin unikallığı incəsənət, kolleksiya əşyaları və ya hətta daşınmaz əmlak kimi əşyaların tokenləşdirilməsinə imkan verir, burada bir xüsusi unikal NFT hansısa xüsusi unikal real dünya və ya rəqəmsal əşyanı təmsil edir. Aktivin mülkiyyəti, Ethereum blockchainində açıq şəkildə yoxlanıla bilər.

Aktivlərin interneti

NFT-lər və Ethereum bu gün internetdə mövcud olan bəzi problemləri həll edir. Hər şey daha rəqəmsallaşdıqca, fiziki əşyaların çatışmazlıq, unikallıq və mülkiyyət sübutu kimi xüsusiyyətlərini mərkəzi təşkilat tərəfindən idarə olunmayan şəkildə təkrarlamaq lazımdır. Məsələn, NFT-lər ilə siz bütün Ethereum əsaslı proqramlarda musiqi mp3 faylına sahib ola bilərsiniz və Spotify və ya Apple Music kimi bir şirkətin xüsusi musiqi proqramına bağlı olmaya bilərsiniz. Siz sata və ya dəyişdirə biləcəyiniz bir sosial media dəstəyinə sahib ola bilərsiniz, lakin bir platforma provayderi tərəfindən özbaşına sizdən alına bilməz.

Bu gün çoxumuzun istifadə etdiyi internetlə müqayisədə NFT internetinin fərqləri bunlardır...

Müqayisə

NFT internetiBugünkü internet
Aktivlərinizin sahibisiniz! Onları yalnız siz sata və ya dəyişdirə bilərsiniz.Siz hansısa təşkilatdan aktiv icarəyə götürürsünüz və o, sizdən alına bilər.
NFT-lər rəqəmsal olaraq unikaldır, heç bir iki NFT eyni deyil.Bi müəssisənin surətini çox vaxt orijinaldan ayırmaq olmur.
NFT-yə sahiblik, hər kəsin doğrulaması üçün blokçeyndə saxlanılır.Rəqəmsal əşyaların mülkiyyət qeydləri qurumlar tərəfindən idarə olunan serverlərdə saxlanılır – yeganə seçiminiz onlara etibar etməkdir.
NFT-lər Ethereum-da ağıllı müqavilələrdir. Bu o deməkdir ki, onlar Ethereum-dakı digər ağıllı müqavilələrdə və tətbiqlərdə asanlıqla istifadə edilə bilər!Rəqəmsal əşyaları olan şirkətlər adətən öz “divarlı bağ” infrastrukturunu tələb edirlər.
Məzmun yaradıcıları işlərini hər yerdə sata və qlobal bazara çıxa bilərlər.Yaradıcılar istifadə etdikləri platformaların infrastrukturuna və paylanmasına etibar edirlər. Bunlar çox vaxt istifadə şərtlərinə və coğrafi məhdudiyyətlərə məruz qalır.
NFT yaradıcıları öz işləri üzərində mülkiyyət hüquqlarını saxlaya bilərlər və qonorarları birbaşa NFT müqaviləsinə proqramlaşdıra bilərlər.Musiqi axını xidmətləri kimi platformalar satışdan əldə edilən gəlirin böyük hissəsini özlərinə saxlayır.

NFT-lər nə üçün istifadə olunur?

NFT-lər bir çox şeylər üçün istifadə olunur, o cümlədən:

  • bir tədbirdə iştirak etdiyinizi sübut etmək
  • bir kursu bitirdiyinizi təsdiq etmək
  • oyunlar üçün sahib oluna bilən əşyalar
  • rəqəmsal sənət
  • real aktivlərinin tokenləşdirilməsi
  • onlayn şəxsiyyətinizi sübut etmək
  • məzmuna giriş imkanı eldə etmək
  • bilet almaq
  • mərkəzləşdirilməmiş internet domen adları
  • DeFi-də girov

Bəlkə siz NFT-lərdən istifadə edərək, nəzarəti itirmədən və qazancınızı vasitəçilərə qurban vermədən işlərini paylaşmaq istəyən bir sənətkarsınız. Siz yeni müqavilə yarada və NFT-lərin sayını, onların xassələrini və bəzi xüsusi sənət əsərlərinə aid linki təyin edə bilərsiniz. Sənətçi olaraq, sizə ödənilməli olan qonorarları ağıllı müqavilədə proqramlaşdıra bilərsiniz (məsələn, hər dəfə NFT köçürüldükdə satış qiymətinin 5%-ni müqavilə sahibinə köçürün). Həmçinin müqaviləni yerləşdirən pulqabının sahibi olduğunuz üçün NFT-ləri yaratdığınızı həmişə sübut edə bilərsiniz. Alıcılarınız kolleksiyanızdan orijinal NFT-yə sahib olduqlarını asanlıqla sübut edə bilərlər, çünki onların pulqabı ünvanı ağıllı müqavilənizdəki bir token ilə əlaqələndirilir. Onlar orijinallığına arxayın olaraq, onu Ethereum ekosistemində istifadə edə bilərlər.

Və ya bir idman tədbirinə bileti düşünün. Bir tədbirin təşkilatçısı neçə bilet satacağını seçə bildiyi kimi, NFT-nin yaradıcısı da neçə replikanın mövcudluğuna qərar verə bilər. Bəzən bunlar 5000 Ümumi Qəbul biletləri kimi dəqiq replikalardır. Bəzən çox oxşar, lakin hər biri bir qədər fərqli olan bir neçəsi zərb edilir, təyin edilmiş oturacaqlı bilet kimi. Bunları, bilet idarəçilərinə pul ödəmədən və alıcı həmişə müqavilə ünvanını yoxlayaraq biletin həqiqiliyinə əmin olaraq, və peer-to-peer olaraq almaq və satmaq olar.

Ethereum.org-da NFT-lər insanların Github anbarımıza mənalı töhfə verdiyini (veb saytı proqramlaşdırdığını, məqalə yazdığını və ya dəyişdirdiyini...), məzmunumuzu tərcümə etdiyini və ya icma çağırışlarımıza iştirak etdiyini nümayiş etdirmək üçün istifadə olunur, və bizim hətta özümüzə məxsus NFT domen adımız var. Ethereum.org-a töhfə versəniz, POAP NFT-ni tələb edə bilərsiniz. Bəzi kriptovalyuta görüşləri bilet kimi POAP-lardan istifadə etmişdir. Töhfə haqqında daha çox məlumat.

ethereum.org POAP

Bu veb-saytın NFT-lər tərəfindən dəstəklənən alternativ domen adı da var, ethereum.eth. Bizim .org ünvanımız mərkəzləşdirilmiş şəkildə domen adı sistemi (DNS) provayderi tərəfindən idarə olunur, halbuki ethereum.eth Ethereum Ad Xidməti (ENS) vasitəsilə Ethereum-da qeydiyyatdan keçib. Və bizə məxsusdur və tərəfimizdən idarə olunur. ENS qeydimizi yoxlayın(opens in a new tab)

ENS haqqında daha çox məlumat(opens in a new tab)

NFT-lər necə işləyir?

NFT-lər, Ethereum blockchainindəki hər hansı rəqəmsal element kimi, "ağıllı müqavilə" adlanan xüsusi Ethereum əsaslı kompüter proqramı vasitəsilə yaradılır Bu müqavilələr, müqavilənin nə edə biləcəyini müəyyən edən ERC-721 və ya ERC-1155 standartları kimi müəyyən qaydalara əməl edir.

NFT ağıllı müqaviləsi bir neçə əsas şeyi edə bilər:

  • NFT-lər yaradın: O, yeni NFT-lər yarada bilər.
  • Sahibliyi təyin edin: O, xüsusi Ethereum ünvanları ilə əlaqələndirməklə hansı NFT-lərin kimə məxsus olduğunu izləyir.
  • Hər bir NFT-yə şəxsiyyət vəsiqəsi verin: Hər NFT-nin onu unikal edən nömrəsi var. Bundan əlavə, adətən NFT-nin nəyi təmsil etdiyini təsvir edən bəzi məlumatlar (metadata) ona əlavə olunur.

Kimsə NFT-ni "yaradanda" və ya "zərb edəndə", əsasən ağıllı müqaviləyə ona müəyyən bir NFT-yə sahiblik verməsini söyləyirlər. Bu məlumat, təhlükəsiz və açıq şəkildə blockchaində saxlanılır.

Bundan əlavə, müqavilənin yaradıcısı əlavə qaydalar əlavə edə bilər. Onlar müəyyən bir NFT-nin neçəsinin yaradıla biləcəyini məhdudlaşdıra bilər və ya NFT əl dəyişdirəndə kiçik bir royalti haqqı almağa qərar verə bilər.

NFT təhlükəsizliyi

Ethereum-un təhlükəsizliyi hissə sübutundan gəlir. Sistem, zərərli hərəkətləri iqtisadi cəhətdən dayandırmaq üçün dizayn edilmişdir və bu, Ethereum-u müdaxiləyə davamlı edir. NFT-ləri mümkün edən budur. NFT əməliyyatınızı ehtiva edən blok tamamlandıqdan sonra onu dəyişdirmək təcavüzkar üçün milyonlarla ETH-yə başa gələr. Ethereum proqramını işlədən hər kəs dərhal NFT-yə qeyri-qanuni müdaxiləni aşkar edə biləcək və pis aktyor iqtisadi cəhətdən cəzalandırılacaq və çıxarılacaq.

NFT-lərlə bağlı təhlükəsizlik məsələləri çox vaxt fişinq fırıldaqları, ağıllı müqavilə zəiflikləri və ya istifadəçi səhvləri (məsələn, şəxsi açarların təsadüfən ifşa edilməsi) ilə əlaqədardır ki, bu da pulqabının uyğun səviyyədə təhlükəsizliyini NFT sahibləri üçün kritik edir.

Təhlükəsizlik haqqında daha çox məlumat

Further reading

Test your Ethereum knowledge

Bu səhifə faydalı oldu?